Heydər Əliyev dövründə Azərbaycanın xarici siyasəti - “balanslaşdırılmış” siyasət
Türkiyə mediasında Heydər Əliyevin hakimiyyəti dövründən 2001-ci ilə qədər Azərbaycanın xarici siyasətindən bəhs edən dönəmə nəzər salsaq tərəfimizdən bu tərz qeydlər diqqət çəkir - Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan çox ağır şəraitdə idi. Bir tərəfdən Azərbaycan öz müstəqilliyini möhkəmləndirməyə çalışır, bir tərəfdən Ermənistanın işğalını dayandırmağa çalışır, bir tərəfdən öz təbii sərvətlərini işlətmək üçün xarici neft şirkətləri ilə əlaqələri inkişaf etdirirdi, digər tərəfdən isə, ölkədə süni şəkildə yaradılan separatçılar və iğtişaşçılarla məşğul olmaq lazım idi. Prezidentliyə başlayan Heydər Əliyev çətin şəraitdə Azərbaycanın xarici siyasətini özünəməxsus idarəetmə yanaşması çərçivəsində formalaşdırmağa başladı. Əliyev sələflərindən fərqli olaraq Azərbaycanın xarici siyasətini açıq şəkildə qütb tərəfdarı olmaqdansa, “balanslaşdırılmış” şəkildə saxlamağa çalışırdı. Demək olar ki, Azərbaycanın xarici siyasəti Əliyevlər dövründə mühüm çərçivə qazanıb və institutlaşdı – deyə bildirilib. Qısacası, Problem və etnik kontekstdəki separatçı birləşmələr Azərbaycan xalqını böhrana doğru itərkən, keçirilmiş seçkilər nəticəsində 1993-cü ilin yayında otuz ildən artıq dövlət idarəçiliyi təcrübəsinə malik Heydər Əliyevin prezident seçilməsi ilə ölkənin idarə olunmasında mühüm dəyişikliklər baş verdiyi qeyd olunur. Rəhbərliyi dövründə Rusiya, ABŞ və Avropa ölkələri, o cümlədən türkdilli dövlətlərlə, xüsusən də qardaş Türkiyə ilə yaxşı əlaqələr quran Əliyev, ölkəsinin beynəlxalq aləmdə yerini daha da möhkəmləndirdi.
H. Əliyev İqtisadi inkişafın əsasını qoydu
Heydər Əliyev 7 ölkədən 11 şirkətlə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkənin iqtisadi inkişafının əsasını qoydu. Həmçinin Əliyevin siyasəti sayəsində Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP kimi layihələr Türk dünyasında könül bağlarını gücləndirdi.
Əliyev prezidentliyi dövründə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən konstitusiyanı referendum yolu ilə qəbul etməklə ölüm hökmünü ləğv etdi.
“Bir millət, iki dövlət” ifadəsinin fikir atası, Türk dünyasının əfsanəvi lideri Heydər Əliyev
Bəli, Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dünyada bənzəri olmayan qardaşlıq hüququna bağladı. Əliyev 1994-cü ildə Türkiyəyə səfəri zamanı “Bir millət, iki dövlət” ifadəsi ilə Türkiyə-Azərbaycan münasibətlərini qarşılıqlı strateji tərəfdaşlıq çərçivəsinə oturtdu. Bundan başqa Əliyev 1991-1993-cü illərdə Naxçıvanı idarə edərkən Araz çayı üzərində Dilucu ilə Sədərəyi birləşdirən “Həsrət körpüsü” və ya “Ümid körpüsü” kimi adlanan körpünün açılışını edərək Türkiyə ilə Azərbaycan arasında rəsmi sərhəd qapısının açılışını edib. Həmçinin Əliyevin uzunmüddətli strategiyası sayəsində Azərbaycan və Türkiyə beynəlxalq enerji bazarında fəal siyasi fiqurlara çevrildilər.
Heydər Əliyevin “Azərbaycançılıq ideologiyası”
Bu gün bəzi dövlətlər tərəfindən bir model kimi qəbul edilən, yayılan və öyrədilən Azərbaycan multikultural formulu - ölkədə etnik və dini müxtəlifliyin qorunub saxlanması və davamlı inkişaf modelinin əsas nailiyyəti bu siyasətin azərbaycancılıq ideologiyası üzərində qurulmasıdır. Azərbaycançılıq ideyasının kökləri bu torpaqlarda mövcud olan dövlətlərin ənənələri ilə sıx bağlıdır. Bu torpaqlarda yaşayan xalqlar bu adət-ənənələri, ortaq mənəvi-mədəni dəyərləri nəsildən-nəslə ötürmüş, onları diqqətlə qorumuş və yaşatmışlar. Ümummilli Lider Heydər Əliyevin səfərbəredici ideoloji konsepsiya kimi yalnız azərbaycançılıq ideyasını öz tarixi gündəminə gətirməsi, ilk növbədə, bu ideologiya əsasında xalqların və dinlərin birgəyaşayış prinsiplərinin sabitliyi və tarixi legitimliyidir.
Heydər Əliyev ölkənin demokratik inkişafının real tərkib hissəsi olan azərbaycançılıq ideologiyasını dəyərləndirərkən deyirdi: “Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimiz və üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin və xalqların ümumi vətənidir. Regionumuzda yaşayan azərbaycanlılar, ləzgilər, avarlar, kürdlər, talışşlar, udilər, kumıklar və başqaları da azərbaycanlıdır. Azərbaycan sözü bizi həmişə birləşdirib”.
XXI əsrdə bu siyasətin davamlı olmasının vacibliyini, Azərbaycan xalqlarının vahid cəmiyyətdə sülh və bərabərlik şəraitində yaşadığını, öz etnik xüsusiyyətlərini qoruduğunu vurğulayan Ulu Öndərin uğurlu davamçısı siyasi lider Prezident İlham Əliyev də öz növbəsində, “Biz göstəririk ki, bütün millətlərin və dinlərin nümayəndələri birgə yaşayır və tək bir ailə kimi yaşayacaq. Azərbaycan dövləti onları, mənafeyini, milli hisslərini, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Gücümüz birliyimizdədir.” – demişdir.
Türkiyə mediası xüsusilə bu nüansa diqqət çəkmişdir –
Heydər Əliyev Azərbaycanın xarici siyasətini dörd mühüm sütun üzərində qurmuşdur:
-Müstəqil Azərbaycan dövlətini dünyaya tanıtmaq
-Müstəqil Azərbaycan dövlətinin demokratik bloka daxil olduğunu göstərmək
-Müstəqil Azərbaycanın mühüm beynəlxalq təşkilatlara üzv olması ilə onun səmərəliliyinin artırılması
-Erməni məsələsini ədalətli şəkilldə həll etmək
Qeyd etməliyəm ki, bu gün Azərbaycan xalqı Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevə minnətdar olmalıdır. Çünki Heydər Əliyev islahatları nəticəsində Azərbaycanda gedən böyük iqtisadi inkişaf nəticəsində “İqtisadi inkişafın Azərbaycan modeli” tarixə düşdü.
Heydər Əliyev siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda bir çox göstəricilərə görə lider olmaqla yanaşı, öz siyasi məsələlərini öz gücünə həll etmiş, həmçinin regionun ən güclü iqtisadiyyatına malik ölkədir. Bugün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz regionunun sabitliyinə töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini belə dəyərləndirib: “Hazırda Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Bu münasibətlər strateji xarakter daşıyır və dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən elementlər tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və indiki siyasi maraqlarımızdır”.
Türkiyənin önəmli xəbər kanallarından olan “Haber Global”in Heydər Əliyevlə bağlı dərc etdiyi xəbərlər:
https://www.youtube.com/watch?v=OLZ6a6hSvjE
https://www.youtube.com/watch?v=48txY0IUCa8
Modern Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə anılır
https://www.aa.com.tr/tr/dunya/azerbaycanin-mimari-haydar-aliyev-dogumunun-99-yilinda-aniliyor/2583542
Ulu Öndər Heydər Əliyev anadan olmasının 99-cu ildönümündə məzarı başında yad edilib
https://www.cnnturk.com/dunya/haydar-aliyev-99-dogum-gununde-mezari-basinda-anildi?page=1
Ankaranın Etimesqut rayonu bir parka Heydər Əliyev adını verib
https://www.etimesgut.bel.tr/tesisler/haydar-aliyev-parki-182.aspx
Ankara Böyükşəhər Bələdiyyəsi bir parka Heydər Əliyev adını verib. Qarşısında eyni adlı məktəb var:
https://www.ankara.bel.tr/cevrekorumavekontrol/peyzaj-uygulama/prestij-parklari/haydar-aliyev-parki?web=1
Bursa Valiliyi və Bələdiyyəsi də Heydər Əliyev adına park salmışdır və mediada “İki dövlət, bir millətik” ba.lığı ilə yer alıb – “Kaplıkaya bölgəsində yerləşən Heydər Əliyev parkı Bursadakı qardaşlığımızın nişanəsidir.”
http://www.bursa.gov.tr/iki-devlet-bir-millet
Heydər Əliyev, Azərbaycanın memarı
https://www.haberturk.com/azerbaycan-in-mimari-haydar-aliyev-2674132
Bakıda “Heydər Əliyev və Azərbaycan mediasının inkişafı” mövzusunda konfrans
https://www.trtavaz.com.tr/haber/tur/avrasyadan/bakude-haydar-aliyev-ve-azerbaycan-medyasinin-gelisimi-konferansi/627a848d01a30a23608c7cbc
Azərbaycanın iqtisadi inkişafında H. Əliyev islahatları
https://www.akademikkaynak.com/azerbaycanin-ekonomik-kalkinmasinda-haydar-aliyev-reformlari.html
Azərbaycan İqtisadiyyatında Sabitlik Amili və Əliyevlər Dövrü
https://dergipark.org.tr/tr/pub/isrjournal/issue/43133/495449
Bir millət iki dövlət ideasının müəllifi Heydər Əliyev
https://avim.org.tr/tr/Bulten/TEK-MILLET-IKI-DEVLET-PROJESININ-FIKIR-BABASI-HAYDAR-ALIYEV
https://www.hurriyet.com.tr/haberleri/haydar-aliyev
https://www.aksam.com.tr/guncel/haydar-aliyev-kimdir-azerbaycanin-eski-cumhurbaskani-haydar-aliyev-ile-ilgili-bilgiler/haber-1132364\
https://www.sabah.com.tr/haberleri/haydar-aliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.