AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan xalqına baş ucalığı gətirəcək

  • + A
  • - A
  • 28-10-2022, 15:47

    Azərbaycan xalqına baş ucalığı gətirəcək

    Düşünürəm, belə bir qanun hazırlanmalıdır, Prezident İlham Əliyevin unvanına tənqidi danışan, yazan şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Xalq olaraq bu addımla dünyaya nümunə ola bilərik. Bundan sonra artıq başqa dünya liderləri də, qüsursuz çalışmağa can atacaqlar, ondan ötrü ki, qoy onlarda öz ölkələrində toxunulmazlıq hüququna sahib ola bilsinlər. Əminəm ki, bu ideya dünyaya yeni nəfəs gətirəcək, dünya xalqlarının daha firavan yaşaması üçün müdhiş addım olacaq. Bu gün, belə bir qanunun hazırlanması və həyata keçirilməsi üçün, dünyada ən ideal və mükəmməl ölkə Azərbaycandır.

    Əvvəl ki, illərə nəzər etsək görərik ki, müqəddəs insanlar insanlıq nümunəsi olublar. Nümunəvi insanlarda səhv olmaz, onlar qüsursuzdur deyilib və hərkəs tərəfindən qəbul edilib. Biz Prezident İlham Əliyevin 19 illik Prezidentlik fəaliyyətinə və bu günə qədər 60 illik ömür yollarına diqqət etsək, dərindən maraqlansaq, nadir insanların sahib olduğu qüsursuz bir ömür yaşayan, dahi şəxsiyyət gözümüzün önündə dərhal canlanacaq. Prezident İlham Əliyevin Azərbaycan dövləti üçün gördüyü yaxşı işlər misilsizdir, tayı-bərabəri yoxdur, hələ Prezidentlik səlahiyyətlərinə daxil olmayan, könüllü şəkildə Azərbaycan dövləti üçün gördüyü faydalı işlər, bir çox dövlət rəhbərlərinin ümumi fəaliyyətindən, öz ölkəsinə, dövlətinə göstərdiyi ümumi xidmətlərindən qat-qat çoxdur. Prezident İlham Əliyev qədər öz ölkəsinə, dövlətinə güclü bağlı olan, dünyada nə bir vətəndaş var, nədə ki, bir lider. Bu qanun hazırlansa və qüvvəyə minsə, Azərbaycan xalqına baş ucalığı gətirəcək.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR