Masallıda "Şuşanın keçmişi, bu günü və gələcəyi" mövzusunda tədbir keçirilib.
Azadmedia.az - Masallı Ağsaqqallar klubunda rayon ağsaqqallar və MƏSQ veteranlar şurasının birgə tədbirlər planına uyğun olaraq Şuşanın 270 illiyinə həsr olunmuş "Şuşanın keçmişi,bu günü və gələcəyi" mövzusunda tədbir baş tutub.
Belə ki, tədbiri giriş sözü ilə ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev açıb.
Öncə Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şuranın sədri Ələşrəf Niftiyev "Şuşanın dünəni, bu günü, sabahı" mövzusunda məruzə ilə çıxış edib.
Bu yaxınlarda Şuşadan qayıtmış RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev, Azərbaycanın bu gözəl guşəsi haqqında təəssüratlarını danışıb.
Vətən müharibəsi qazisi, torpaqlarımızın azad olunması uğrunda 4 medala layiq görülmüş Cavid Nuri Şuşanı işğaldan azad etmiş igid döyüşçülərimizin qəhrəmanlıqlarından şahid olduğu epizodlar barədə danışıb.
Veteran müəllim Solmaz Rəsulova Şuşa tarixinin bəzi məqamlarına toxunmuş, şair Tahir Hüseynov isə Azərbaycanın bu dilbər guşəsinə həsr etdiyi şeirini oxuyub.
Sonra əslən Şuşadan olan Masallı şəhər 4 nömrəli məktəbin hərbi müəllimi Rafiq Abbasovun rəhbərliyi altında şagirdlərin ifasında Şuşaya həsr olunan musiqili ədəbi-bədii kompozisiya səsləndirib.
Tədbirin sonunda fərqlənənlərə “Təşəkkürnamə”, "Xarı Bülbül" xatirə nişanları və kitablar hədiyyə edilib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.