AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallının Kolatan kəndində körpü bərpa edilib - FOTO

  • + A
  • - A
  • 2-11-2022, 15:01

    Masallının Kolatan kəndində körpü bərpa edilib - FOTO


    Azadmedia.az - Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kolatan kəndinə gələrək, Böyük Kolatan kəndi ilə Bala Kolatan kəndini ayıran çayda aparılan işlərlə yaxından tanış olublar.

    Belə ki, çayda görülən işlər barədə, Viləşçay Sİİ rəisi Rusif Karimov və Rauf Cəbiyev məlumat verib.

    Kənd ağsaqqalı Cəbrayıl Həmidov görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, RİHB cənab Araz Əhmədova, Viləşçay Sİİ rəisi Rusif Karimova və Rauf Cəbiyevə təşəkkür edib.

    Rayon rəhbəri qeyd edib ki, rayonda və kəndlərdə görülən bütün işlərin Cənab ilham Əliyevin diqqət mərkəzində olduğunun və siyasətinin göstəricisidir.

    Sonda cənab Araz Əhmədov da, görülən işlərin subasma hallarının qarşısını almaq məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

    Qeyd edək ki, hər il yağan yağışlar nəticəsində yaranan sel zamanı çayın sahilində yerləşən evlərə, yardımçı tikililərə və təsərrüfatlara ciddi ziyan dəyirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR