Masallı şəhər 70 saylı seçki dairəsinin millət vəkili Məşhur Məmmədovun seçiciləri ilə səyyar görüşləri davam edir.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, növbəti görüş Şərəfə ərazi nümayəndəliyinə aid olan Şərəfə və Ağakişibəyli kəndinin seçicilərilə baş tutub. Görüşdə millət vəkili Məşhur Məmmədov, kənd ərazi nümayəndəsi Valeh Seyfullayev, millət vəkilinin köməkçiləri - Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və hər iki kəndin sakinləri iştirak ediblər.
Belə ki, kənd sakinləri tərəfindən səsləndirilən müraciətlər arasında məktəb təmiri, yeni iş yerlərinin açılması, təhsil və sosial problemlər olub.
Millət vəkili onların təklif və problemlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Eyni zamanda, kənd sakinləri bildiriblər ki, yeni yaşayış məhəllələrində mavi qazın çəkilişi ilə bağlı problemlər var.
Millət vəkili M. Məmmədovun tapşırığı əsnasında bir sıra problemlər yerindəcə həllini tapıb.
Qeyd edək ki, görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.