AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Kəlbəhüseynli kəndində Şəhid məzarlarını ziyarət edib - FOTOLAR

  • + A
  • - A
  • 5-11-2022, 17:55

    Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Kəlbəhüseynli kəndində Şəhid məzarlarını ziyarət edib - FOTOLAR


    Millət vəkili Məşhur Məmmədov Masallı rayonu Kəlbəhüseynli kəndində Şəhid məzarlarını ziyarət edib.

    Azadmedia.az xəbər verir ki, millət vəkili Məşhur Məmmədov, köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyevlə birlikdə şəhid ailələrilə görüşüb.

    Eyni zamanda, şəhid ailələri ilə birgə “Zəfər Qələbəsi”nin ildönümü ərəfəsində Çaxırlı ərazi vahidinə daxil olan Kəlbəhüseynli kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidi Əbilov Nicat Əbil oğlunun, II Qarabağ müharibəsi şəhidləri Şahbazov Kənan Natiq oğlunun və Gözəlov Ziya Zahid oğlunun məzarlarını ziyarət edərək məzarları üzərinə gül-çiçək dəstələri qoyub, ruhlarına dualar oxuyub və onların əziz xatirələrini ehtiramla yad edib.

    Millət vəkili vurğulayıb ki, bundan sonra da hər zaman şəhidlərimizin ruhu böyük ehtiramla yad ediləcək, şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq və onların həyatı  gənclərimizə hər zaman örnək olacaqdır.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR