AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu İH başçısı, millət vəkili Məşhur Məmmədov və həmkarları Qızılağac, Viləş və I Yeddioymaq kəndlərində şəhid ailələrinə baş çəkib, Şəhidlərin anım günlərində iştirak ediblər - FOTOLAR

  • + A
  • - A
  • 7-11-2022, 20:26


    Masallı rayonu İH başçısı, millət vəkili Məşhur Məmmədov və həmkarları Qızılağac, Viləş və I Yeddioymaq kəndlərində şəhid ailələrinə baş çəkib, Şəhidlərin anım günlərində iştirak ediblər - FOTOLAR

    Masallı rayonu İH başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov və həmkarları Qızılağac, Viləş və I Yeddioymaq kəndlərində şəhid ailələrinə baş çəkib, Şəhidlərin anım günlərində iştirak edib və şəhidlərin məzarlarlarını ziyarət ediblər.

    Azadmedia.az xəbər verir ki, Şəhid ailələri ilə görüşlərdə və anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

    Belə ki, rayon İH başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov və həmkarları ilk olaraq, Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin anım mərasimində iştirak ediblər.



    Daha sonra Viləş kənd şəhidləri, iki şəhid qardaşın - Aprel şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı fəxri adını almış İntiqam Əsgərlinin ailəsini - qəhrəman ana Ziba ananı ziyarət ediblər.




    Növbəti ziyarət Masallı rayonu 1-ci Yeddioymaq kəndində Baş leytenant Quluzadə Əlimərdan Fəttah oğlunun ailəsinə olub və Şəhidin anım günündə iştirak edilib.


    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov və həmkarları şəhid ailələrinin qayğıları ilə maraqlanıb və hər zaman onların yanlarında olduqlarını bildiriblər.

    Millət vəkili Məşhur Məmmədov vurğulayıb ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini və bu yolda sağlamlığını itirən qəhrəman qazilərimizi hər daim diqqətdə saxlamaq hər birimizin vətəndaşlıq borcudur.

    Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, millət vəkili M. Məmmədova və digər qonaqlara minnətdarlıqlarını qeyd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR