Millət vəkili Məşhur Məmmədov və həmkarları Masallı şəhərində Şəhid ailələri ilə görüşüblər.
Azadmedia.az xəbər verir ki, Şəhid ailələri ilə görüşlərdə Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Millət vəkili Məşhur Məmmədov, həmkarları və köməkçiləri ilk olaraq Masallı şəhəri Zərifə Əliyeva küçəsi, ev 18 ünvanında yaşayan Şəhid əsgər Nəfəsov Murad Ocaqdurdu oğlunun ailəsi ilə görüşüb, şəhidin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra millət vəkilləri, “Qələbə günü” ərəfəsində Masallı şəhəri Zərifə Əliyeva küçəsi, ev 20 ünvanında yaşayan Şəhid əsgər Qasımov Cəbrayıl Baloğlan oğlunun ailəsini ziyarət edib, şəhidin barəsində ailə üzvlərindən xatirələrini dinləyib, belə qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.
Millət vəkili M. Məmmədov qeyd edib ki, “Zəfər Günü” ərəfəsində Şəhid ailələrini baş çəkdikcə bir daha şahidi oluruq ki, xalqımız hər qarış torpaq üçün son damla qanına qədər döyüşməyə hazırdır. Şəhid ailələrinin qüruru, hər kəlmələrində dövlətin, Müzəffər Ordunun, Ali Baş Komandanın yanında olmalarını bildirmələri, lazım gələrsə digər oğullarını və nəvələrini də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə göndərməyə hazır olduqlarını bildirmələri hər birimizi qürurlandırır.
Görüşlər əsnasında Şəhid ailələrimizin mərd, qürurlu simalarına baxdıqca bir daha əmin olduq ki, bizim xalq əzəmətli, qürurlu, torpağının hər qarışını sevən xalqdır. Allah bütün şəhid analarına cansağlığı, səbir versin! Vətən sağ olsun! Vətəni ayaqda saxlayan ölkə rəhbəri və onun ətrafında sıx biləşən ordumuz, xalqımız sağ olsun!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.