Deputat Məşhur Məmmədov və həmkarları Masallı şəhərində və rayonun Ərkivan qəsəbəsində Şəhid ailələrinə baş çəkiblər.
Azadmedia.az xəbər verir ki, Şəhid ailələri ilə görüşlərdə Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Belə ki, deputat Məşhur Məmmədov, həmkarları və köməkçiləri ilk növbədə,
Masallı şəhəri Həydər Əliyev prospektində yaşayan Şəhid əsgər Kərbəlayi Elçin Novruzovun ailəsi ilə görüşüb, şəhidin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Şəhid ailəsi tərəfindən şəhidin evində Masallı şəhidlərinin fotolarından ibarət foto-guşə yaradılın. Ziyarət əsnasında Şəhidin anası Şəhrəbanu xanım, “bütün şəhidlərin xalqın övladı olduğunu, onların arasında fərq qoymadığını bildirib.”
Deputat M. Məmmədov bildirib ki, “Şəhrəbanu ananın böyük ürəyi hər birimizi qürurlandırdı. Allah bütün şəhid analarına cansağlığı, səbir versin! Vətən sağ olsun! Vətəni ayaqda saxlayan ölkə rəhbəri və onun ətrafında sıx biləşən ordumuz, xalqımız sağ olsun!”
Növbəti görüş Masallı rayonu Ərkivan qəsəbəsində Şəhid əsgər Əlizadə Famil Habil oğlunun ailəsi ilə olub.
Deputatlar çay süfrəsində səmimi söhbət zamanı, ölkəmizdə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən danışıblar.
Həmçinin şəhid ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarından danışaraq, şəhid ailələrinin hər zaman Ali Baş Komandanın diqqətində olduğunu vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!