AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov və həmkarları Masallı rayonu Güllütəpə kənd Şəhidlərinin ailələrinə baş çəkiblər - FOTOLAR

  • + A
  • - A
  • 8-11-2022, 20:40

    Deputat Məşhur Məmmədov və həmkarları Masallı rayonu Güllütəpə kənd Şəhidlərinin ailələrinə baş çəkiblər - FOTOLAR



    Milli Məclisin deputatları Masallı rayonu Güllütəpə kəndində şəhid ailələri ilə görüşüblər.

    Azadmedia.az xəbər verir ki, Şəhid ailələri ilə görüşlərdə Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.

    Belə ki, ilk olaraq deputat Məşhur Məmmədov, həmkarları və köməkçiləri Güllütəpə kəndində anadan olan Şəhid əsgər Nüsrətbəyli Ülvi Arif oğlunun ailəsi ilə görüşüb, şəhidin əziz xatirəsini ehtiramla yad edib, ailəsinə səbr diləyiblər.



    Növbəti ziyarət Şəhid əsgər Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsinə olub. Ailə ilə görüşülüb, onların qəhrəman övladlarının Zəfər Qələbəsi”nin əldə edilməsindəki rolundan, ailənin istəklərindən, dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan söz açılıb, şəhidin ruhuna dualar oxunub.



    Qeyd edək ki, Şəhidlərin ailə üzvləri övladlarının qəhrəmanlıqlarından və şəhidlik məqamına ucalmalarından böyük qürur hissi keçirdiklərini bildiriblər.

    Deputat M. Məmmədov qeyd edib ki, 44 gün davam edən və işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

    Allah şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR