AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda rayon rəhbəri və deputatlar Mahmudavar kəndində şəhid ailələrini ziyarət edib, anım günündə iştirak ediblər - FOTOLAR

  • + A
  • - A
  • 8-11-2022, 21:25

    Masallıda rayon rəhbəri və deputatlar Mahmudavar kəndində şəhid ailələrini ziyarət edib, anım günündə iştirak ediblər - FOTOLAR



    Zəfər Günündə Masallı rayonunda şəhid ailələrinin ziyarəti davam edir.

    Azadmedia.az xəbər verir ki, 8 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, YAP Masallı Rayon Təşkilatının rəhbəri Seyfəddin Əliyev,
    Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, SHXÇDX rayon şöbəsinin əməkdaşları Mahmudavar kənd Şəhidi Baş çavuş Qasımov Nayib Akif oğlunun yaşadığı evi ziyarət edib, ailəsi ilə görüşüblər.



    Belə ki, görüşdə Baş çavuşun qəhrəmanlıqla dolu həyat yolundan danışan ailə üzvləri onun ən böyük arzusunun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu bildiriblər. Vurğulayıblar ki, “şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz şəhidlərin ruhunu şad etdi, torpaqlar işğaldan azad edildi, hər bir şəhidimizin qisası alındı. Ruhu şad olsun baş çavuşumuzun.”



    Zəfər Günündə növbəti görüş Mahmudavar kəndində anadan olan əsgər Məmmədov Röyad Famil oğlunun evində olub.



    Nəzərinizə çatdıraq ki, 8 noyabr həm də, Məmmədov Röyadın şəhadətə ucaldığı gündür. Mahmudavar kəndində Şəhidin anım günündə iştirak edilib. Mərasimə gələn şəhid valideynləri ilə görüşülüb, övladlarının qəhrəmanlıq salnaməsindən söz açılıb, bütün şəhidlərin xatirəsi ehtiramla yad edilib.


    İcra başçısı, 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib.

    Deputat M. Məmmədov, “Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi olaraq Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub”, deyə qeyd edib. Deputat həmçinin, “əlbəttə ki, bu böyük Qələbə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb,” - deyə vurğulayıb.




    Masallı rayonu YAP-ın sədri Seyfəddin Əliyev 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan mənfur düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı hesabına, dövlətimizin siyasəti hesabına qazandıq və bugün bunun qürurunu yaşayırıq deyə qeyd edib.





    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    Qeyd edək ki, Şəhid ailələri göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və deputatlara dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR