Milli Məclisin deputatları Masallı rayonu Banbaşı kənd Şəhidi çavuş Akifzadə Elmir Gündüz oğlunun büstünü ziyarət edib, ailəsi ilə görüşüblər.
Azadmedia.az xəbər verir ki, ziyarətdə Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Belə ki, deputatlar Masallı rayonu Banbaşı kəndində Şəhid çavuş Akifzadə Elmir Gündüz oğlunun xatirəsinə ucaldılmış büstü kəndin Şəhidlər Xiyabanında ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyub və şəhidin ruhunu dərin ehtiramla yad ediblər.
Xiyabanı ziyarətdə Şəhidin atası da iştirak edib. Deputat M. Məmmədov və həmkarları “Oğlu ilə qürur duyan ataya belə vətənpərvər oğul böyütdükləri üçün bütün xoş sözlərə layiq olduğunu bildiriblər, onun xatirələrini dinləyib, qayğıları ilə maraqlanıblar. Nə qədər ki, mərd, vətənpərvər valideynlər var, onlar Vətən üçün cəsur, düşmənin qorxulu röyasına çevrilən oğullar böyüdəcək, qəhrəman oğullarımızın sayəsində torpağımıza dikilən bütün gözlər ovulacaq. Vətən sağ olsun!”, - deyə bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!