AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Nizami Gəncəvi adına Mədəniyyət evində "Zəfər Günü" münasibətilə konsert proqramı təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 8-11-2022, 23:53

    Masallı rayonu Nizami Gəncəvi adına Mədəniyyət evində "Zəfər Günü" münasibətilə konsert proqramı təşkil edilib - FOTOLAR



    Masallı rayonunda Nizami Gəncəvi adına Mədəniyyət evində 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri - Məşhur Məmmədov, Musa Qasımlı, Anar İsgəndərov, YAP Masallı RT sədri Seyfəddin Əliyev, millət vəkili M. Məmmədovun köməkçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.



    Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.



    Daha sonra Masallı rayonu “Qəhrəmanlar Parkı”nda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

    Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Proqramda çıxış edənlər Zəfər gününün tarixi haqqında geniş məlumat veriblər.

    Bədii hissədə isə "Halay" folklor Xalq kollektivinin və "Masallı" rəqs qrupunun çıxışları ilə konsert bayram abu-havasına bürünüb. Sənətçiləri rayon Mədəniyyət Mərkəzinin istedadlı musiqiçilərindən ibarət instrumental ansambl müşayiət edib.

    Qeyd edək ki, Nizami Gəncəvi adına Mədəniyyət evinin yaradıcı və özfəaliyyət kollektivləri, rəqs qrupu, solistlərin çıxışları qonaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb.























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR