AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Mini-futbol turnirinin qrup oyunlarına yekun vurulub

  • + A
  • - A
  • 11-11-2022, 17:31

    Masallıda Mini-futbol turnirinin qrup oyunlarına yekun vurulub


    Masallıda Mini-futbol turnirinin qrup oyunlarına yekun vurulub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ərkivan Arena” da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş , “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” devzi altında İdarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə keçirilən rayon turnirinin qrup oyunlarına yekun vurulub.

    Beləliklə “A” və “B” qrupu üzrə 4 komanda növbəti mərhələyə vəsiqə qazandı, “A” qrupunda birinci yeri tutan komanda , “B” qrupunda dördüncü yeri tutan komanda ilə “A” qrupunda ikinci yeri tutan komanda , “B” qrupunda üçüncü yeri tutan komanda ilə qarşılaşacaq.

    Dördə bir mərhələsinda qalib gələn komandaların rəqibləri , ikidə bir mərhələsində büşkatma yolu ilə müəyyən olunacaq.

    Oyunlar I və IV günlər “Ərkivan Arena” da saat 18:30-da və 19:30-da keçiriləcək.

    14.11.2022-ci il tarixdə mübarizə aparacaq komandalar:

    1. “UGİM” – “Xəstəxana” 18:30
    2. “Banks United”- “Azərişıq” 19:30

    17.11.2022-ci il tarixdə mübarizə aparacaq komandalar

    1. “Polis şıbəsi”- “Qaz idarəsi” 18:30
    2. “İcra Hakimiyyəti”- “Masal Mebel” 19:30



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR