Masallı rayon Heydər Əliyev Mərkəzində film nümayişi keçirilib.
Azadmedia.az xəbər verir ki, noyabrın 17-də Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin gəncləri üçün 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş film nümayiş etdirilib.
Belə ki, filmdə 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət almasından, milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyətindən, müstəqil dövlət qurmaq ideyasından bəhs olunur.
![](/uploads/posts/2022-11/1668778132_9c12b7a5-547e-4f9c-9293-a581577de389.jpeg)
![](/uploads/posts/2022-11/1668778103_f3256eca-5f5c-482c-baa8-3da3f411a0eb.jpeg)
![](/uploads/posts/2022-11/1668778050_1213bf23-d883-41a1-9f36-05fa800c2374.jpeg)
![](/uploads/posts/2022-11/1668778063_c9e406a9-6833-4b4f-b743-d64976aef84e.jpeg)