AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzində YAP-nın yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 18-11-2022, 17:46

    Masallı rayon Heydər Əliyev Mərkəzində YAP-nın yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO


    Azadmedia.az xəbər verir ki, Noyabrın 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyinə həsr olunmuş “Milli dövlətçiliyimizin qurulmasında müstəsna xidməti olan Yeni Azərbaycan Partiyası” adlı tədbir keçirilib.

    YAP Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə YAP Masallı rayon Təşkilatının məsləhətçisi Eldar Kazımov və mədəniyyət işçiləri ediblər.

    Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Gülcahan Vəkilzadə partiyanın yaranmasının 30 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra G. Vəkilzadə mövzu ilə bağlı geniş məruzə edib.

    Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, öz gücünü Ulu öndər Heydər Əliyev  ideyalarından alan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi  ilə inkişafının yeni mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, yenilikçi və avanqard  siyasi  təşkilat olan YAP  nəinki Azərbaycanda,  bütövlükdə  Cənubi  Qafqaz regionunda ən böyük siyasi qüvvədir.

    Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova çıxış edərək Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsindən söz açıblar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR