AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallı rayonu Qarğalıq kəndinin II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət edib - FOTOLAR

  • + A
  • - A
  • 27-11-2022, 22:04

    Deputat Məşhur Məmmədov Masallı rayonu Qarğalıq kəndinin II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət edib - FOTOLAR

    Deputat Məşhur Məmmədov Masallı rayonu Qarğalıq kəndində səyyar qəbul-görüşdən sonra kənd Şəhidlərinin məzarlarını ziyarət edib, ailələrinə baş çəkib.

    Azadmedia.az xəbər verir ki, Şəhidlərin məzarlarını ziyarətdə və ailələri ilə görüşlərdə Milli Məclisin deputatı Məşhur Məmmədov və köməkçiləri; Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev, kənd ağsaqqalları, şəhidlərin qohumları, kənd məscidinin din xadimləri iştirak ediblər.

    Belə ki, deputat Məşhur Məmmədov və köməkçiləri ilk növbədə,
    Masallı rayonu Qarğalıq kəndinin II Qarabağ müharibəsi şəhidləri Xanlar Hacı Xudaş oğlu Məmmədovun, Şəhid gizir Əzizov Elvin Əfrayıl oğlunun, Şəhid gizir Hüseynov Rəfail Teymur oğlunun məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyub, şəhidlərin əziz xatirələrini ehtiramla yad ediblər.

    Qeyd edək ki, Şəhidlərin ailələr ilə görüşdə şəhidlərin valideynləri, bütün şəhidlərin xalqın övladı olduğunu, onların arasında fərq qoymadıqlarını bildiriblər.

    Deputat M. Məmmədov bildirib ki, “Şəhid valideynlərinin böyük ürəyi hər birimizi qürurlandırır. Allah bütün şəhid valideynlərinə can sağlığı, səbir versin! Vətən sağ olsun! Vətəni ayaqda saxlayan ölkə rəhbəri və onun ətrafında sıx biləşən ordumuz, xalqımız var olsun!”

    Deputat həmçinin şəhid ailələrinin hər daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib, ən başlıcası isə şəhid ailələrinin hər zaman Ali Baş Komandanın diqqətində olduğunu vurğulayıb.


    Allah şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR