Azadmedia.az - Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər Evi” SXM-nin, Ombudsmanın Cənub Regional Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əvvəlcə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Belə ki, tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq gəncləri salamlayıb, milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib.
Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov təqdimatla çıxış edərək gender əsaslı zorakılıq, gender əsaslı zorakılığın mahiyyəti və formaları, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durmasından və gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulayıb. Daha sonra Z.İsmayılov nitqində bildirərək, bu gün ölkəmizdə gender bərabərliyi məsələsinin dövlətin diqqət mərkəzində olduğunu və qadınlarımızın getdikcə daha çox cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayaraq, bu problemlərin həlli üçün hərtərəfli yanaşma və bu sahədə maarifləndirici həmçinin məqsədli tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib. Tədbir diskussiya şəraitində davam edib.
Ülkər Piriyeva