MASALLI RAYONUNDA PENSİYAÇILAR VƏ SOSİAL MÜAVİNAT ALANLARIN SAYI AÇIQLANIB.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, əhalinin sayı 01 oktyabr 2022-ci il vəziyyətinə 231,1 min nəfər olmuşdur.
Qeyd olunan tarixə rayon üzrə 22767 nəfər pensiyaçı qeydə alınmışdır. Təyin olunan pensiyaların orta məbləği 295,2 manatdır. Pensiyaların orta məbləği 2021-ci il ilə müqayisədə 28 manat və ya 10,5 faiz artmışdır.
Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardım alanların sayı isə 10000 nəfərdir. 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımının məbləği ötən il ilə müqayisədə 20,1 manat və ya 31,0 faiz artaraq 84,9 manat olmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.