AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ucarda 16 yaşlı qız ərə verildi

  • + A
  • - A
  • 19-12-2022, 12:57

    Ucarda 16 yaşlı qız ərə verildi


    Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

    AzadMedia.az "Report"a istinadən bürosu xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

    Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

    Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

    Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR