Milli Məclisin deputatı Məşhur Məmmədov köməkçiləri ilə birlikdə Masallı rayonunun Həsənli kəndində Şəhidlərin məzarlarını və ailə üzvlərini ziyarət edib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki,
ziyarətdə deputat Məşhur Məmmədov və köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev, Həsənli kənd ərazi nümayəndəliyi və şəhid ailələri iştirak ediblər.
Belə ki, Həsənli kənd qəbiristanlığında Şəhid Orucəliyev Qurbanəli Əlibala oğlunun, Şəhid Soltanov Hünər Musa oğlunun, Şəhid Musayev Azər Arzuman oğlunun, Şəhid Fərəcov Röyal Təşər oğlunun, Şəhid Məmmədov Hafiz Həmdulla oğlunun məzarları ziyarət edilib, məzarları üstünə gül dəstələri düzülüb, ruhları dərin ehtiramla yad edilib və dualar oxunub.
Deputat M. Məmmədov şəhid ailələri ilə görüşüb, onlara başsağlığı verib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Bu istiqamətdə icra edilən dövlət proqramları barəsində fikir mübadiləsi apararaq ətraflı məlumat verib və qeyd edib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlətin qayğısı ilə əhatə olunub, bundan sonra da olunacaqlar.
Qeyd edək ki, deputat M. Məmmədov tərəfindən torpaq uğrunda canından keçən Masallı rayonunun qəhrəman şəhidlərinin məzarlarının ziyarəti davam edir.
Allah rəhmət eləsin!