AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallı rayonu Təkdam və Köçəkli kəndlərində Şəhidlərin məzarlarını və ailə üzvlərini ziyarət edib - FOTOLAR

  • + A
  • - A
  • 19-12-2022, 16:20


    Deputat Məşhur Məmmədov Masallı rayonu  Təkdam və Köçəkli kəndlərində Şəhidlərin məzarlarını və ailə üzvlərini ziyarət edib - FOTOLAR


    Milli Məclisin deputatı Məşhur Məmmədovun Masallı rayonunun kəndlərində seçicilərilə görüşü, həmçinin Şəhidlərin məzarlarını və ailə üzvlərini ziyarəti davam edir.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki,
    deputat Məşhur Məmmədov və köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Təkdam və Köçəkli kəndlərində Şəhidlərin məzarlarını ziyarət ediblər.

    Ziyarətdə deputat və köməkçiləri ilə bərabər kənd sakinləri, din xadimləri iştirak ediblər.

    Belə ki, Təkadam kənd qəbiristanlığında Şəhid Rəhimov Bəhruz Səyədulla oğlunun, Köçəkli kənd qəbiristanlığında Şəhid Yaqubov Ceyhun Sabir oğlunun, Şəhid Şamıyev Fəttah Hümmət oğlunun, Şəhid Baş gizir Abbasov İntiqam Yavər oğlunun, Şəhid Rəhimov Sərhəddin Yadulla oğlunun məzarları ziyarət edilib, gül dəstələri düzülüb, ruhları dərin ehtiramla yad edilib və dualar oxunub.



    Deputat M.Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin əhəmiyyətindən bəhs edərək, şəhidlərimizin əziz xatirəsinin hər zaman ürəklərdə yaşayacağını vurğulayıb.



    Şəhidlərin ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşüblər.

    Deputat qeyd edib ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə əsl örnəkdir.
    Allah rəhmət eləsin!
    Ruhları şad olsun!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR