Millət vəkili Məşhur Məmmədovun qış fəsli ilə əlaqədar olaraq Masallı rayonunun mərkəzində keçirilən görüşləri artıq həftələrdir ki kəndlərdə səyyar qəbul-görüşlə əvəz edilib.
Azadmedia.az xəbər verir ki, Millət vəkili Məşhur Məmmədov qış fəslini nəzərə alaraq Masallı rayonunun mərkəzində keçirilən görüşləri artıq birbaşa həmin kəndlərdə keçirir.
Budəfəki görüş, Xırmandalı ərazi nümayəndəliyinə daxil olan Ərəb kənd orta məktəbində kənd sakinləri ilə keçirilib və görüşdə kənd ərazi nümayəndəliyi ilə yanaşı, millət vəkilinin köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemlər millət vəkilinin köməkçiləri tərəfindən qeydiyyata götürülüb, səsləndirdikləri məsələlərin həlli ilə bağlı millət vəkili tərəfindən müvafiq tapşırıqlar verilib.
Belə ki, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən problemlər sırasında əsasən vətəndaşların işlə təmin olunması, aztəminatlı ailələrin qarşılaşdıqları məişət problemləri, xəstəlikdən əziyyət çəkən sakinlərin müalicələrinə maliyyə vəsaitinin ayrılması və.s. bu kimi məsələlər başlıca yer alıb.
Millət vəkili həmçinin görüş iştirakçılarının diqqətinə çatdırıb ki, qeydiyyata götürülmüş müraciətlər ən qısa zamanda aidiyyəti üzrə müvafiq qurumlara da ünvanlanacaqdır.