Masallıda rayon İcra Hakimiyyətinin başçısı və millət vəkillərinin iştirakı ilə “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi" adlı tədbir keçirilib.
Azadmedia.az xəbər verir ki, rayon tədbirində Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, İqbal Məmmədov, Elnur Allahverdiyev, YAP Masallı rayon təşkilatının sədri, fəal üzvləri, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na həsr olunmuş tədbir Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə təşkil edilib.
Tədbiri giriş sözü ilə Masallı rayon İH-nin başçısı Araz Əhmədov açaraq ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövlətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə yeni reallıqlar yaratdığını diqqətə çatdırıb.
Millət vəkili Məşhur Məmmədov çıxışında, “İşğal altında olan torpaqlarımızın azad edilməsi Prezident İlham Əliyevin qarşısında duran ən müqəddəs məqsəd idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuz bu hədəfə nail oldu. Hazırda isə, məqsəd vətəndaşlarımızın el-obalarına dönmələri üçün şəhər və kəndlərimizin tikilməsidir. Ölkəmiz 30 ilə yaxın müddət ərzində işğal faktının, separatizmin hökm sürdüyü, qarşıdurmaların intensiv xarakter daşıdığı bölgədə yeni əməkdaşlıq imkanlarının və təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaratdığını vurğulayıb. "Böyüq Qayıdış" xalqımızın qarşısında duran müasir tariximizin aktual çağırışıdır. Biz artıq o torpaqlara qayıdırıq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz işğaldan azad olan torpaqları cənnət-məkana çevirəcəyik!” Millət vəkili, Cənubi Qafqazın uzunmüddətli perspektivdə region dövlətlərinin və güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir. - Deyə bildirib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnəttarlıq ifadə olunub.