Masallı rayon İcra Hakimiyyəti Başçısı
Araz Əhmədovun tapşırığına əsasən rayon və kəndlərdə təmir-bərpa işləri aparılır.
Masallı rayonunun yaşayış məntəqələrində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində, həmçinin sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq tikinti, təmir, abadlıq və quruculuq sahəsində işlər davam etdirilir.
Azadmedia.az Masallı şəhər və kəndlərində görülən işləri sizlərə təqdim edir:
Belə ki, Tüklə ərazisində Şəhid Əli Nəcəfovun atası Seyran Nəcəfov tərəfindən kəndin giriş qapısı yenisi ilə əvəz olunub.
Masallı şəhərində Nəbi Xəzri və Sübhi Salayev küçələrinə qum-çınqıl materialı tökülərək hamarlanıb.
Xıl kəndində şəhid Elgün Mikayıllının atası Aqil Nağıyevin təşkilatçılığı ilə kənd xeyriyyəçilərinin vəsaiti hesabına 47 saylı yol istismar idarəsinin texnikaları tərəfindən kəndin mərkəzi yolu təmir olunub.
Lürən ərazisində suaparıcı kanalların təmizlənməsi işləri aparılıb.
Yeddioymaq bələdiyyəsi tərəfindən nümayəndəliyin inzibati binasının iki otağı təmir etdirilib.
Sərçuvar ərazisinin Sirəbil kəndində Sirəbil və Bədəlan kəndlərinin sərhəddində yerləşən kanalın üzərində salınmış bənd vətəndaşların müraciətləri nəzərə alınaraq ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Viləşçay Su Anbarı İstismarı idarəsinin texnikaları vasitəsilə həmin kanalın üzərində yerləşən bənd açılıb.
Göyəçöl kənd tam orta məktəbin həyətində 60 ədəd tut tingi əkilib.
Təzəkənd ərazi nümayəndəliyi və Təzəkənd bələdiyyəsi tərəfindən 50 ədəd tut tingi Təzəkənd kənd tam orta məktəbin həyətində əkilib.
Yeyənkənd ərazisində xeyriyyəçi insanlar tərəfindən bir məhəlləyə 150 metr uzunluğunda 1 kamaz şeben tökülərək hamarlanıb.
Təzə Alvadı kəndində yararsız vəziyyətdə olan küçələrə şeben tökülərək hamarlanıb.
Sərçuvar kəndində Qazi Kənan Məmmədovun yaşadığı küçəyə 3 traktor qum tökülərək yol bərpa edilib.
Qarğalıq-Şəhriyar kəndləri arasında olan yol təmir edilib.
Qarğalıq ərazi nümayəndəliyi və Su kanal idarəsinin təşkilatçılığı ilə kanallar təmizlənib.
Qarğalıq, Qızılağac, Sərçuvar, Şıxlar, Miyankü, Hişkədərə, Çaxırlı, Qodman, ərazisində, Ərkivan qəsəbəsi, Sığdaş ərazisində 1000-dən çox tut tingləri əkilib.
İkinci Yeddioymaq ərazisinin Qasımlı, ll Yeddioymaq kənd orta məktəbləri və həkim məntəqəsinin həyətində, Bədəlan və Çayqıraq kənd orta məktəblərinin həyətində 200-dən çox tut tingləri əkilib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.