Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, yaxın aylarda Ukraynada vəziyyət daha da pisləşə bilər.
Bu barədə Kalın öz "Twitter" səhifəsində yazıb.
Eyni zamanda Kalın qeyd edib ki, Türkiyə tərəfi danışıqlar prosesinin bərpası üçün səylərini davam etdirəcək.
“Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün intensiv səylərini davam etdirəcək”.
Bundan əlavə Kalın, Türkiyənin ABŞ və Rusiyanın Suriya ilə bağlı 2019-cu il müqavilələri çərçivəsində öhdəliklərini yerinə yetirməsini gözlədiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.