"Belə bəyanatların heç bir mənası yoxdur. Mövcud statusu pozan və adaları silahlandıran, ölkəmizin sərhədlərinə qədər gəlib təxribatlar həyata keçirən Yunanıstandır. Dünən balıqçı gəmisinə atəş açan da məhz Yunanıstandır".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Aralıq və Egey dənizlərindəki gərginliyi şərh edərkən deyib.
Nazir Yunanıstan tərəfi ilə keçirilən görüşlərin, aparılan dialoqların nəticə vermədiyini söyləyib.
“Biz təxribat törətmirik, hücum və təqib etmirik. Eyni zamanda, bizə edilən hər hansı təqibi cavabsız qoymayacağımızı da deyirik. Bütün qoşunlarımız da bununla bağlı təlimatlandırılıb. Biz bu məsələdə qətiyyətli və qərarlıyıq. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın, ayaqlarınızı yerə qoyun. Biz həqiqətən də səmimi qəlbdən dostluq əlimizi uzadırıq, bu dostluq əlini tutmaqda gecikməyin, çəkinməyin”, - deyə Akar Yunanıstana çağırış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.