Azadmedia.az - 06 yanvar 2023-cü il tarixdə Masallı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci ildə Yardımlı rayonunun Arus kəndində anadan olmuş, hazırda Masallı rayonunun Həsənli kəndində daimi qeydiyyatda olmaqla yaşayan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmiş, orta təhsilli, işləməyən, evli olan Abıyev Ruslan İsa oğlu külli miqdarda narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışında şübhəli bilinərək həbs olunmuşdur.
R.Abıyevin üzərində şəxsi axtarış keçirilən zaman şalvarının arxa cibindən 4 ədəd hazır bükümlərdə qablaşdırılmış ümumi təmiz çəkisi 7,613 qram təşkil edən psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmış, Məhkəmənin Qərarı ilə 4 ay müddətinə ilkin həbs qəti imkan tədbiri seçilmiş, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.