Ukrayna Gürcüstandan 2008-ci ildə Tbilisiyə verdiyi “Buk” raket sistemlərini geri qaytarmasını istəyib.
Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun Ukrayna mətbuatında dərc edilən məqaləsində bildirilib.
Onun sözlərinə görə, Ukraynanın müraciətinə ABŞ-nin Gürcüstana verdiyi “Javelin” tank əleyhinə kompleksləri də daxil olub.
“Gürcüstan hökumətinin Ukraynaya hərbi yardım göstərməkdən qəti olaraq imtina etməsinə baxmayaraq, Ukrayna bu məsələnin daxili-siyasi mübahisələrdə istifadə edilməsinin əleyhinədir və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək cəhdlərii ilə bağlı istənilən ittihamları rədd edir”, - deyə Kasyanov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.