Azərbaycanda Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, Media Reyestrinə daxil olmaq üçün 200-dən çox media subyekti müraciət edib. Onların 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.
Ə. İsmayılov bildirib ki, 180-ə yaxın jurnalist isə Media Reyestrinə daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.