Dialoqun bərpa olunacağı təqdirdə Rusiya və Ukrayna arasında danışıqlar üçün ən yaxşı variant birbaşa, vasitəçisizdir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
Polişçuk Moskvanın gələcəkdə mümkün danışıqların birbaşa Kiyevlə aparılmasına hazır olub-olmadığı sualına cavab verərkən deyib ki, əgər ölkələr arasında təmaslar nə vaxtsa bərpa olunarsa, o zaman danışıqlar çox güman ki, birbaşa olacaq.
Onun sözlərinə görə, vasitəçilər danışıqlarda iştirak edəndə öz maraqlarından çıxış edərək, danışıqların gedişinə təsir göstərirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.