Fransanın mövqeyini bilirsiniz, bu gün Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur.
Bunu yanvarın 13-də İrəvanda keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive jurnalistin Parisin "Artsaxın" müstəqilliyini tanımasının vaxtı çatıbmı sualına belə cavabında deyib.
"Hesab edirəm ki, bu gün tərəflərin dialoqa qayıtması vacibdir. Minsk Qrupu mövcud platformalardan biridir. Təbii ki, bu, yeganə olmasa da, çox vacib platformadır. Bu gün hər bir tərəfin bu işdə iştirak etməsi, dialoqa qayıdışın zəruriliyini dərk etməsi vacibdir. Biz parlamentarilər Minsk qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq. Vəziyyətin gərginliyini mümkün qədər aradan qaldırmaq üçün hər vasitəyə çalışılmalıdır. Düşünürəm ki, dialoqa qayıtmağa imkan verəcək şərtlərin nədən ibarət olduğunu bizə bildirmək baxımından Ermənistanın da rolu çox önəmlidir", - Yael Bron-Pive qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.