AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarlarla növbəti qəbulu keçirilib

  • + A
  • - A
  • 15-01-2023, 23:04

    Masallı Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarlarla növbəti qəbulu keçirilib


    Azadmedia.az - 13 yanvar 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

    Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

    Növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət etmişdir.

    Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.

    Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR