AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid və qazi ailələri ziyarət olunub - FOTO

  • + A
  • - A
  • 19-01-2023, 09:03

    Masallıda şəhid və qazi ailələri ziyarət olunub - FOTO


    Masallıda şəhid və qazi ailələri ziyarət olunub.


    Azadmedia.az - Yanvarın 17-də Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə rayonun Güllütəpə, Tatyanoba və Yeni Zuvand kəndlərindən olan şəhid və qazi ailələri ziyarət olunub.

    Ziyarətlərdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, MİHİ-nin Masallı rayon komitəsinin sədri Vəkil İsmailov və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

    Mədəniyyət işçiləri ailələrlə görüşlərdə ailə üzvlərinin kədərini bölüşərək, onlara mənəvi dəstək və ehtiramlarını ifadə ediblər. Rəsmilər həmçinin, ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar.

    Valideynlər isə övladlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətiriblər.

    Sonra MİHİ-nin Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş yardım bağlamaları ailələrə təhvil verilib.







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR