Şəkidə ər və arvad bir-birini bıçaqlayıb.
Hadisə axşam saatlarında Şəki şəhərində qeydə alınıb. Ailə münaqişəsi zəminində ər və arvad arasında olan mübahisə onların bir-birinə bıçaqla xəsarət yetirməsi ilə nəticələnib.
Hər iki şəxs bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbsində araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı X. Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cuzi xəsarət yetirib. Daha sonra X. Nuriyev bıçaqla özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.