AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu deputatı Məşhur Məmmədov seçicilərini qəbul edib - FOTOLAR

  • + A
  • - A
  • 28-01-2023, 19:11

    Masallı rayonu deputatı Məşhur Məmmədov  seçicilərini qəbul edib - FOTOLAR


    28 yanvar, 2023-cü il tarixdə 70 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədov 22 nəfər vətəndaşın qəbulunu həyata keçirib.

    Azadmedia.az xəbər verir ki, Masallı rayon Yeni Azərbaycan Partiyasının binasında baş tutan qəbulda millət vəkili Məşhur Məmmədov, YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, millət vəkilinin köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.

    Belə ki, keçirilən qəbulda müxtəlif sosial qrupları təmsil edən vətəndaşlar dinlənilib.
    Həmçinin müraciətlərin əsas hisssəsini işlə təminat, məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər və s. təşkil edib. Qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyat orqanlara yönləndirilib.

    Qeyd edək ki, 70 saylı Masallı seçki dairəsinin deputatı Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir.















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR