"Gənclər Həftəsi" çərçivəsində "Gənclərimizi Tanıdaq" layihəsinin iştirakçısı İsrafilov Vəli Rəşadət oğlu
İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. 2006-cı ildə ailəsi ilə birlikdə Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıtmışdır. 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olmuş, sonradan isə orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi bitirmişdir. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika faklutəsinə daxil olmuş, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin tələbəsidir.
2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülmüş və Tokiyoda keçirilən Paraolimpiya Oyunlarına lisenziya qazanmışdır.
2021-ci ildə “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz, həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.
15 iyun 2022-ci il tarixdə Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanmışdır. O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərmişdir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.