AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran Şəhidi baş leytenant Elmar İbayev doğum günündə yad edilib - FOTO

  • + A
  • - A
  • 31-01-2023, 02:35

    Lənkəran Şəhidi baş leytenant Elmar İbayev doğum günündə yad edilib - FOTO


    Lənkəranda Şəhid baş leytenant Elmar İbayevin doğum günündə məzarı ziyarət edilib.

    Azadmedia.az xəbər verir ki, Yanvarın 29-da Vətən müharibəsi şəhidi baş leytenant İbayev Elmar Hikmət oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhid ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

    Şəhid baş leytenant E.İbayev Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!




    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR