AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda İH başçısı növbəti səyyar görüşünü Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri ilə keçirib - FOTO

  • + A
  • - A
  • 31-01-2023, 17:10

    Lənkəranda İH başçısı növbəti səyyar görüşünü Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri ilə keçirib - FOTO



    "Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir". Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yanvarın 30-da Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirdiyi səyyar qəbul-görüşü zamanı ifadə edib. İcra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov öncəliklə əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarıyla maraqlanıb. Taleh Qaraşov icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqət mərkəzində saxlandığını vurğulayan icra başçısı bildirib ki, dövlət hər zaman onların qayğı və problemlərinə həssas yanaşır və bütün gücü ilə onların yanındadır. Azərbaycan dövlətinin iqtisadi, hərbi və siyasi gücü, beynəlxalq münasibətlər sistemində oyun qurucu subyekt olması, regional məsələlərin həllinin onun iştirakı olmadan mümkünsüzlüyü artıq dünyanın güc və beyin mərkəzləri tərəfindən birmənalı şəkildə qəbul olunub. “Bu isə dövlət başçısının qətiyyətli siyasəti nəticəsində mümkün olub” deyən Taleh Qaraşov hər bir Azərbaycan vətəndaşının onun arxasında hüquq və mənafelərini qoruyan qalib dövlətin varlığına əmin olduqlarını ifadə edib.
    Yerli sakinlər də səmimi və açıq qəbula görə icra başçısına təşəkkür ediblər. Problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə edən qəsəbə sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlərinə obyektiv və operativ baxılmasına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə və nəticədə sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşmasına görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.







    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR