AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narıncı” layihəsi CƏNUBDA! - FOTOLAR

  • + A
  • - A
  • 31-01-2023, 21:34

    “Narıncı” layihəsi CƏNUBDA! - FOTOLAR


    “Narıncı” layihəsi cənubda!
    Azadmedia.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan “Narıncı” layihəsi rəsm müsabiqəsi cənub gəncləri üçün həyata keçirilib.

    44 günə 44 gənc ilə “Zəfər tablosu” mövzusunda keçirilən layihədə cənub bölgəsində yaşayan gənc rəssamlar iştirak edib.

    28 yanvar tarixində, Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən layihəni giriş sözü ilə layihə rəhbəri Elməddin Mirzəyev açaraq gəncləri və qonaqları salamlayıb. O, Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan söhbət açıb, layihənin məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.
    Sonra Lənkəran Heydər Əliyev Mərkəzin direktoru Reyhanə Sadıxova, Şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova və digər qonaqlar çıxış edərək, layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
    Cənub bölgəsinin müxtəlif rayon və şəhərlərindən 44 gəncin iştirak etdiyi rəsm müsabiqəsində iştirakçıların çəkdiyi rəsmlər münsif heyyəti tərəfindən qiymətləndirilib.
    1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənc rəssamlara kubok, diplom və hədiyyələr, digər bütün iştirakçılara isə sertifikat, həmcinin hədiyyələr təqdim edilib.
    Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin keçirilməsində məqsəd, milli və mədəni irsin gələcək nəsillərə ötürülməsinə şərait yaratmaq, rəssamlıq sahəsində yeni nəsil peşələrin inkişafına təkan vermək, gənclər arasında rəsm çəkmək bacarıqlarını inkişaf etdirmək, gənclərə vətənpərvərlik hissini aşılamaqdır.













    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR