AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Masallıda I Qarabağ müharibəsi şəhidlərini yad edib, ailələrinə baş çəkiblər - FOTOLAR

  • + A
  • - A
  • 3-02-2023, 23:55

    Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Masallıda  I Qarabağ müharibəsi şəhidlərini yad edib, ailələrinə baş çəkiblər - FOTOLAR


    Millət vəkili Məşhur Məmmədovun köməkçiləri Masallıda I Qarabağ müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, 3 Fevral, 2023-cü il tarixdə Masallı rayonu 70 saylı seçki dairəsi üzrə millət vəkili Məşhur Məmmədovun müvafiq tapşırığına əsasən, köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Vətən müharibəsində dastan yazmış, şəhidlik məqamına ucalmış I Qarabağ müharibəsi şəhidləri Novruzov Fuad Qorxmaz oğlu və Əzizov Elxan Sakit oğlunun doğum günləri ilə əlaqədar olaraq evlərində olub, ailələrininə baş çəkiblər.

    Ziyarət zamanı millət vəkili Məşhur Məmmədovun salamları şəhidin atası Qorxmaz müəllimə və şəhid Elxanın övladı Sərxana çatdırılıb.

    Millət vəkili köməkçiləri, görüş zamanı I Qarabağ müharibəsi şəhidləri Novruzov Fuad Qorxmaz oğlunun və şəhid Əzizov Elxan Sakit oğlunun ailələri ilə söhbət edib, onların arzu və istəklərini öyrəniblər, qayğıları və ehtiyacları ilə maraqlanıblar.

    Şəhidlərin valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

    Onlar həmçinin, hər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə köməkçiləri vasitəsilə təşəkkürlərini ifadə ediblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR