Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Türkiyə Səfirliyindən
Azadmedia.az-a bildirilib ki -
Zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb
QEYD EDƏK Kİ, ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ "AFAD" ADINA AÇILMIŞ AŞAĞIDAKI HESAB NÖMRƏLƏRİ VASİTƏSİLƏ HEÇ BİR KOMİSSİYA TUTULMADAN YARDIM EDİLƏ BİLƏR:
Hesap Adı : T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı
Alıcı Banka: T.C. ZİRAAT BANKASI A.Ş.
Alıcı Şube : ANKARA KAMU KURUMSAL ŞUBESİ
TL : TR73 0001 0017 4555 5555 5552 04
USD : TR 46 0001 0017 4555 5555 5552 05
EURO : TR 19 0001 0017 4555 5555 5552 06
Banka Swift Kod No : TCZBTR2A
