Türkiyədə baş verən zəlzələ nəticəsində aktyor Uğur Aslanın ailəsi də dağıntılar altında qalıb.
Aktyor bu barədə paylaşım edərək qardaşı və onun ailəsinin artıq öldüyünü düşündüklərini vurğulayıb:
"Ailəm, xüsusilə, qardaşım, həyat yoldaşı, övladları Hataydakı zəlzələ nəticəsində təəssüf ki, dağıntılar altında qaldılar. Biz artıq onların öldüyünü hesab edirik".
Qeyd edək ki, aktyor hazırda "Yargı" serialında "Eren" obrazını canlandırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.