Azadmedia.az - 07.02.2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər evi” SXM-nin, birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nigaha yox deyək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizova, çıxış edərək tədbir iştirakçılarını və gələn qonaqları salamlamış, sonra isə Vətən uğrunda Şəhid olmuş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış üçün ilk söz Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayevə verilib.Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün "Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra isə Masallı RİH başçısının müavini Aybəniz Qafarova, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Qoşqar Hətəmov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışımışlar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Daha sonra Masallı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru polis kapitanı, Samid Əliyev narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında danışımış və acı təsirləri barədə videoçarx şagirdlərə, təqdim olunmuşdur.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı sorğu keçirilmişdir.
Ü. Piriyeva