Dünyanın hər yerindən Türkiyəyə dəstək gəlib.
Mərkəzləri Kahramanmaraş olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən Türkiyəyə bir çox ölkədən yardım və dəstək qrupları göndərilib.
Azadmedia.az-ın Türkiyə müxbirinin verdiyi məlumata görə, Episentri Kahramanmaraş olan zəlzələdən sonra aralarında təcrübəli xilasedicilər, həkimlər və xüsusi təlim keçmiş itlərdən ibarət qruplar zəlzələdən zərər çəkmiş vilayətlərdə axtarış-xilasetmə işləri aparmaq üçün Türkiyəyə göndərilib. Vitse-prezident Fuat Oktay 14 ölkədən 3294 axtarış-xilasetmə personalının gəldiyini, 70 ölkədən müraciət etdiyini açıqlayıb.
Tunis Türkiyə ilə birlikdə Suriyaya humanitar yardım və axtarış-xilasetmə qrupu göndərib.
Tunis, Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyə və Suriyaya hərbi təyyarələrlə axtarış-xilasetmə qrupları və təcili yardım materialları göndərib.
Tunisdən gedən axtarış xilasetmə qrupunu yolçu etmək üzrə Tunisin daxili işlər naziri Tevfik Şərafəddin, müdafiə naziri İman Memiş, sosial işlər naziri Malik əz-Zahi və Türkiyənin Tunisdəki səfiri Çağlar Fahri Çakıralp paytaxt Tunisin Əl-Avina Hərbi Hava Limanında keçirilən mərasimdə iştirak ediblər.
Tunisin Daxili İşlər Naziri Tevhik Şərafəddin mərasimdə verdiyi açıqlamada, prezident Kays Səidin göstərişi ilə hazırlanan iki hərbi təyyarədə qida, dərman, uşaq qidası, ədyal, gigiyenik ləvazimatlar, uşaq bezi də daxil olmaqla 14 ton təcili yardım materialının olduğunu qeyd edib.
Hakan Dikmen
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.