Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağılan binalardakı nöqsanların müəyyən edilməsi ilə bağlı Şanlıurfa Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.
Azadmedia.az Andolu agentliyinə istinadən xəbər verir ki, dağılan binalarla bağlı tikinti qüsurları və sütunların kəsilməsi iddiaları ilə bağlı aralarında podratçı şirkətlərin də olduğu 8 nəfər saxlanılıb.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir, saxlanılanların artacağı istisna olunmur.
***
Türkiyənin Diyarbakır, Qaziantep və Şanlıurfa əyalətlərində zəlzələ zamanı uçan binalarla bağlı 41 nəfər saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Hazırda araşdırmalar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.