Türkiyədə zəlzələdən dağılan binalara görə 8 nəfər saxlanıldı.
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağılan binalardakı nöqsanların müəyyən edilməsi ilə bağlı Şanlıurfa Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.
Azadmedia.az Andolu agentliyinə istinadən xəbər verir ki, dağılan binalarla bağlı tikinti qüsurları və sütunların kəsilməsi iddiaları ilə bağlı aralarında podratçı şirkətlərin də olduğu 8 nəfər saxlanılıb.
Hazırda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir, saxlanılanların artacağı istisna olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.