Bakı, 3 Mart — Azadmedia.azMasallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon ümümtəhsil məktəblərində “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” adlı layihəyə başlanılıb.
Martın 3-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun S. Tağıyev adına 4 saylı tam orta məktəbinin şagirdləri üçün “Ulu öndər Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda mühazirə oxunub.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Türkiyədə baş vermiş zəlzələdə həyatlarını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib.
Mühazirə çərçivəsində qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib.
Daha sonra G. Vəkilzadə Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Mühazirə məktəbin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər və kollektiv faydalı və maraqlı mühazirəyə görə Masallı rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Ülkər Piriyeva