AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

General Edvard Voqan Azərbaycana gəlib - ABŞ-ın Avropa Komandanlığı

  • + A
  • - A
  • 14-03-2023, 16:28

    General Edvard Voqan Azərbaycana gəlib -



    Martın 14-16 tarixlərində ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib.

    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Məlumata görə, Edvard Voqanın Bakıya səfəri çərçivəsində briqada generalı Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

    "Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək" - deyə məlumatda qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR