AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-03-2023, 20:53



    Masallıda Novruz bayramı münasibətilə tədbir keçirilib

    Bakı, 15 mart — Azadmedia.az


    Martın 15-də Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

    Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Ombusmanın cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, şəhid ailələri, qazilər, qəsəbə ictimaiyyəti və media nümayəndələri iştirak edib.
    Əvvəlcə qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidə kompleksi” ziyarət edilib.

    Sonra tədbir iştirakçıları xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən sərgilərlə, həmçinin rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər, orta ümumtəhsil və mədəniyyət müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri ilə tanış olublar.
    Tədbirin rəsmi hissəsi ümummilli lider Heydər Əliyevin, şəhidlərin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirmiş insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hissləri tərənnüm edən Novruz bayramı münasibətilə təbrik edib, ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Sonra şəhid atası Habil Əlizadə də çıxış edərək bu əlamətdar gün münasibətilə iştirakçılara təbrikini çatdırıb. Çıxışlardan sonra idarə rəisi tərəfindən bayram tonqalı alovlandırılıb.

    İdmançıların nümunəvi idman çıxışları, Ərkivan qəsəbəsində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil məktəb şagirdlərinin iştirakı ilə səsləndirilən şeirlər, həmçinin ifa edilən rəqslər tədbirə xüsusi rəng qatıb.

    Tədbir Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR